Misli Premyer Liqasının III turundan təxirə salınmış oyunda "Zirə" ilə qarşılaşan komandamız növbəti qələbəsini qazanıb. Matçdan sonra baş məşqçimiz Elmar Baxsıyevin mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: "Oyun gözlədiyimiz kimi ağır keçdi. Hər iki komanda meydanda yaxşı mübarizə apardı, dinamika yüksək idi. Yolumuza davam edirik. Qarşıdakı oyunu düşünürük. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Zədəli futbolçularımız da komandaya qoşulduqdan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik. Heç bir komandaya qarşı "ikinci" nömrə ilə oynamağı düşünmürük. Öz oyun üslubumuz var, onun üzərində dayanmışıq. Birinci hissədə bəzi epizodlarda rəqib, bəzilərində biz üstünlük qazanırdıq. İkinci hissədə kreativliyi artırdıq və hücumda daha üstün olduq. Bu gün mövsümün sonunu və ya avrokuboklarda oynamağı deyil, hər həftə keçirəcəyimiz oyunları düşünürük. Əgər mövsümün sonunda buna nail olacağıqsa, sevinərik".
"İkinci" nömrə ilə oynamağı düşünmürük"

06-11-2024 22:07